Haqqımızda

Şirkət Haqqında

      ROYAL Holding QSC şirkəti ölkədə cərəyan edən proseslərə yaxından iştirak etmək və eləcə də ölkə başçısının göstərişi ilə yeni inkişaf strategiyasına uyğun, tərtib edilmiş strateji yol xəritəsində nəzərdə tutulmuş planların həyata keçirilməsinə həm birbaşa, həm də dolayısı yolla töhvə vermək məqsədi ilə yaradılmışdır.
Şirkətimizin qarşısında duran başlıca məqsədlərdən biri, ölkəmizdə bir çox sahələrdə beynəlxalq rəqabətə davamlı inşaat, istirahət mərkəzləri, turizm, kənd təsərrüfatı, aqrar komplekslər və istehsal müəssisələrinin xarici investisiya hesabına inkişaf etdirilməsidir.
Xüsusilə son dövrlərdə ölkədə turizmin sürətli inkişafı, bu sahəyə xarici investorların cəlb edilməsi və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir. Bu inkişaf bizim Şirkətimizin diqqət mərkəzindədir.
    Bölgələrdə turizm infrastrukturunun təkmilləşdirilməsində yaxından iştirak edərək ilkin mərhələdə “Azerbaijan STELLA Residence, Nabran resort otellər kompleksi, Lənkəran otellər kompleksi, Lənkəran şəhərində “Təbriz Evləri 1”, “Təbriz Evləri 2” yaşayış kompleksləri, Lənkəran rayonunda Aqro Kompleks və Lənkəran Dəniz Limanının yenidən qurulması və tikilməsi, Astara rayonu ərazisində Astara Royal Park, Otellər kompleksi, Logistika mərkəzi, Agro kompleksin tikilməsi  ilə əlaqədar investorlarla danışıqlarımız davam etdirilir.Yaxın zamanlarda biznesplan və texniki sənədlərin hazırlanması mərhələsinə başlanılacaq.
Bu sahədə Şirkətimiz həm müvafiq Nazirliklərlə Turizm, İqtisadiyyat, Xarici İşlər və Maliyyə Nazirliyi, Bakı şəhəri Nəsimi və Qaradağ Rayonu, Lənkəran Rayon İcra Hakimiyyəti, Astara Rayon İcra Hakimiyyəti  və həm də yerli İcra Hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir. Bu müstəvidə ilkin razılıqlar artıq əldə edilmişdir.
Son illərdə Respublika ərazisində infrastrukturun daha da təkmilləşdirilməsi və ölkə ərazisində tikinti və aqro komplekslərin qurulması sahəsində potensialın gücləndirilməsi üçün silsilə və kompleks tədbirlər həyata keçirilir. Bu sahədə inkişafın daha da sürətlə getməsi və ölkə iqtisadiyyatına yeni investisiyaların qoyulması istiqamətində ölkəmiz öz imkanlarını daha da genişləndirir. ̎ Royal Holding ̎ QSC şirkəti bir çox sosial layihələrin iştirakçısıdır.
Ölkə əhalisinin məşğulluq səviyyəsinin artırılması ölkə başçısının diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Belə ki, icrası planlaşdırılan hər bir layihənin reallaşması, həm bölgənin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından müstəsna rol oynayacaqdır.
Əminik ki, fəaliyyətimiz həm Azərbaycan dövlətçiliyinin, həm də Azərbaycan biznes adamı ilə dostluq nümunəsi olmaqla dövrün böyük uğurlarından birinə çevriləcəkdir.
      Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin idmana olan diqqət və qayğısı nəticəsində ölkəmizdə bu sahəyə böyük maraq və həvəs yaranmışdır. Məhz idmana olan diqqət və qayğı ölkəmizdə uşaq və gənclərin futbol sahəsində formalaşaraq perspektivli və peşəkar futbolçuların yetişməsinə nail olunmuşdur.
      Uşaq yeniyetmələr futbolunun inkişafı ilə bağlı Respublikada müəyyən sayda futbol komandası müxtəlif yarışlarda iştirak edir. Bunun müqabilində ̎ Royal Holding ̎ QSC-i şirkəti Respublika ərazisində keçirilən seçmə xarakterli yoldaşlıq və təlim oyunlarında yüksək potensialı olan gəncləri cəlb etməklə 29 mart 2018-ci ildə Xilə Futbol Komandasını yaratmışdır.
      Əminik ki, Xilə FK yarışlarda iştirak etməklə ölkə futbolunun inkişafında böyük nəaliyyətlər əldə edərək öz töhfəsini verə bilər.

Azerbaijan STELLA Residence

Layihəyə keç

Astarada Otellər Kompleksi

Layihəyə keç

Nabran Resort Otel Kompleksi

Layihəyə keç

Astara Aqro Kompleksi

Layihəyə keç

Astara Logistika və Biznes Mərkəzi

Layihəyə keç

Astara Royal Park

Layihəyə keç

XİLƏ Futbol Klubu

Layihəyə keç