Posts by admin

FUTBOL + QAZETİ ʺXİLƏʺ HAQQINDA

“Xilə” yə “Royal Holding” sponsorluq edir.

Hələ ki yalnız U-15 komandası var.

    Ölkədə futbola maraq böyük olduğundan valideynlərin gələcəkdə övladlarını futbolçu kimi görmək istəyinə düşməsi başa düşüləndir. Buna görədə ki, ildə bir neçə futbol məktəbi “dünyaya gəlir”. Təkcə premyer-liqa klublarının aşağı yaş qrupları deyil. Xüsusi adlar altında fəaliyyət göstərən o qədər uşaq futbol məktəbi var ki. “Leon”, “Qalatasaray”, “Fənərbaxça”, “Təkin” və s. Hətta siyahını bir qədər də genişləndirmək mümkündü. Əldə etdiyimiz bilgiyə görə, belə klubların sırasına daha biri qoşulub. Bu Əmircanın keçmiş adını özündə əks etdirən “ Xilə ” di. Hazırda U-15 liqasında bu ad altında komanda çıxış edir. Bakıətrafı kənd və qəsəbələrdə seleksiya işləri davam etdirilir. Sponsorluq öhtəliyini “ Royal Holding ” in rəhbəri Ramil Kərimli üzərinə götürüb. Yəni adı çəkilən şirkət futbolun inkişafı naminə pul xərcləyir. Komandanın inventarlaşması, səfərlərə yollanması, stadionun icarə haqqı ilə bağlı xərcləri də “Royal Holding” qarşılayır. Bu günə olan hədəf potensialı olan uşaqları U-15 –a cəlb edib gələcəkdə onların xidmətindən yararlanmaqdı. Eyni zamanda Xilə adını daha geniş miqyasda tanıtmaq. Yeri gəlmişkən, hələ ki “ Xilə ” adı altinda yalnız U-15 çıxış edir. Yəni başqa yaş qrupu yoxdu. Yaxın gələcəkdə daha bir neçə yaş qrupunun fəaliyyətə başlayacağı gözlənilir. Futbolçular isə Əmircandan, Bakının başqa kənd və qəsəbələrindən olanlardı. Maraq üçün qeyd edək ki, U-15 məşqlərini Şağan Olimpiya Kompleksində keçirir, çempionatdakı rəqiblərinidə məhz burada qəbul edəcək. Komandanın baş məşqçisi vaxtı ilə “ Şəmkir ” də və AZAL-da çalışmış Əli Məmmədovdu.

Read more

APA – “ROYAL Holding QSC” beynəlxalq investisiyaları Azərbaycana gətirir

    “ROYAL Holding QSC” ölkə iqtisadiyyatının inkişafı, siyasi sabitlik, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilən yüksək geniş miqyaslı quruculuqda yaxından iştirak etmək, eləcə də ölkə başçısının göstərişi ilə yeni inkişaf strategiyasına uyğun tərtib edilmiş “Strateji yol xəritəsi”ndə nəzərdə tutulmuş planların həyata keçirilməsinə həm birbaşa, həm də dolayısı yolla töhfə vermək məqsədi ilə yaradılıb.

    “APA-Economics” xəbər verir ki, şirkətin qarşısında duran başlıca məqsədlərdən biri ölkəmizdə turizm, tikinti, kənd təsərrüfatı və bu kimi digər sahələrdə beynəlxalq rəqabətə davamlı istirahət mərkəzlərinin, aqrar komplekslərin və istehsal müəssisələrinin xarici investisiya hesabına yaradılmasına nail olmaqdır.

    “ROYAL Holding QSC” şirkətinin direktoru Ramil Kərimli tədbirdə çıxışı zamanı bildirib ki, son dövrlərdə ölkədə turizmin surətli inkişafı bu sahəyə xarici investorların cəlb edilməsi və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir və bu inkişaf şirkətin diqqət mərkəzindədir.

    “Bölgələrdə həm turizm infrastrukturunun təkmilləşdirilməsi, resort otellər, sağlamlıq və əyləncə mərkəzlərinin inşası istiqamətində işlər artıq icra mərhələsindədir. Bu sahədə şirkət həm müvafiq nazirliklərlə, (Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi) həm də yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Belə ki, ölkə əhalisinin məşğulluq dərəcəsinin artırılması diqqət mərkəzində olan əsas məsələlərdən biridir. İcrası planlaşdırılan hər bir layihənin reallaşması həm bölgənin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından müstəsna rol oynayacaq. “ROYAL Holding QSC” ölkədə qeyri-neft sektoruna investisiyaların cəlb olunmasına əhəmiyyətli dərəcədə fikir verir və fəaliyyətində də bu amili xüsusi olaraq inkişaf etdirir.

    “ROYAL Holding QSC” tərəfindən baş podratçısı “Başak İnşaat” olan “AZERBAİJAN STELLA RESİDENCE”ın inşası layihəsi isə, Çinin “KUNMİNG&SWISS” şirkəti tərəfindən həyata keçirilir. Burada həm xarici inverstorların cəlb edilməsi, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı özəl sektorun fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində Ağ Şəhər ərazisində 2 mərtəbəsi hərəkətli olan, ümumilikdə, 54 mərtəbəli möhtəşəm binanın tikintisi reallaşdırılacaq.

    Bundan başqa, Azərbaycanda aqrar sahənin inkişafına dəstək verən şirkət Samux rayonunda 500 hektarlıq ərazidə heyvandarlıq kompleksinin tikintisi layihəsini həyata keçirəcək. 500 baş xüsusi növ iribuynuzlu heyvan yetişdirilib ət və ət məhsulları ixrac olunacaq. Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin bazarlarına Azərbaycan məhsulu “Made in Azerbaijan” brendi altında satışa çıxarılacaq. Şirkət həmçinin, layihələr həyata keçirdiyi bölgələrdə investisiya mənfəəti hesabına bir sıra sosial yönümlü proqramların icrasında yaxından iştirak edəcək. Məktəblərin, bağçaların inşası və digər sosial layihələrin həyata keçirilməsi planlaşdırılır. Göygöldə 3 məktəb və 2 uşaq bağçası,  Qusarda 3 ədəd məktəb və 100 uşaqlı və 80 nəfərlik bağça-körpələr evi, Samux və Gəncədə 2 uşaq bağçası və 480 və 264 şagirdlik məktəblər, Dəliməmmədli kəndində 1200 şagirdlik məktəb tikilib istifadəyə veriləcək.

    R.Kərimli bu il bu layihələrdən bir neçəsinə start verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

    R.Kərimli gələcəkdə Ağ şəhər bulvarı ərazisində yeni bir texnoloji layihənin icrasının nəzərdə tutulduğunu da qeyd edib: “Hazırda bu layihənin dizaynı hazırlanır və investorlarla danışıqlar prosesindəyik. Layihə özü yaradıcı bir layihədir. Belə ki, bina  küləyin, suyun, digər təbii amillərin təsiri ilə özü-özünü kommunal ehtiyaclarla tam təmin etmək gücündədir. Ona görə də bu layihə texnoloji baxımdan daha mürəkkəb layihə olduğu üçün bir müddət işçi cizgilərinin hazırlanması vaxt aparacaq. Məsələn, həmin binaya quraşdırılacaq xüsusi yüksək texnologiyalı filterlərlə suyun dənizdən götürülərək həmin binanın su ilə təmin olunması gözlənilir. Bu layihənin icrası zamanı ilkin mərhələdə Koreya və Çindən olan mütəxəssislərin cəlb olunması gözlənilir. Bu layihə birdəfəlik investor cəlbini nəzərdə tutmayıb. Bu, tədricən fərqli müxtəlif investisiyaların yatırılması nəticəsində yüksələn bir layihədir”.

Read more

1news – “ROYAL Holding QSC” beynəlxalq investisiyaları Azərbaycana gətirir

      “ROYAL Holding QSC” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə həyata keçiriləcək böyükmiqyaslı layihələrin təqdimat mərasimi keçirilib.

      1news.az-ın məlumatına görə, mərasimdə yerli şirkətlərlə yanaşı, layihələrin reallaşdırılmasında iştirak edəcək xarici podratçı şirkətlərin nümayəndələri də iştirak ediblər.

      “ROYAL Holding QSC” şirkətinin baş direktoru Ramil Kərimli bildirib ki, təmsil etdiyi şirkət ölkə iqtisadiyyatının inkişafı, o cümlədən sosial-iqtisadi  sahədə həyata keçirilən yüksək geniş miqyaslı quruculuqda yaxından iştirak etmək, eləcə də ölkə başçısının göstərişi ilə yeni inkişaf strategiyasina uyğun tərtib edilmiş “Strateji yol xəritəsi”ndə nəzərdə tutulmuş planların həyata keçirilməsinə həm birbaşa, həm də dolayısı yolla töhfə vermək məqsədi ilə yaradılıb.

      Şirkətin qarşısında duran başlıca məqsədlərdən biri ölkəmizdə turizm, tikinti, kənd təsərrüfatı və bu kimi digər sahələrdə beynəlxalq rəqabətə davamlı istirahət mərkəzlərinin, aqrar komplekslərin və istehsal müəssisələrinin xarici investisiya hesabına yaradılmasıdır.

      “Xüsusilə son dövrlərdə ölkədə turizmin surətli inkişafı bu sahəyə xarici investorların cəlb edilməsi və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir. Bu inkişaf  şirkətin diqqət mərkəzindədir. Bölgələrdə həm turizm infrastrukturunun təkmilləşdirilməsi,  resort otellər, sağlamlıq mərkəzləri və əyləncə mərkəzlərinin inşası istiqamətində işlər artıq icra mərhələsindədir.

      Bu sahədə şirkət həm müfaviq nazirliklərlə, (Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi) həm də yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Ölkə əhalisinin məşğulluq dərəcəsinin artırılması diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Belə ki, icrası planlaşdırılan hər bir layihənin reallaşması həm bölgənin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından müstəsna rol oynayacaq”.

      Ramil Kərimli “ROYAL Holding QSC” şirkətinin ölkədə qeyri-neft sektoruna inversisiyaların cəlb olunmasına əhəmiyyətli dərəcədə fikir verdiyini və fəaliyyətində də bu amili xüsusi olaraq inkişaf etdirdiyini qeyd edib.

      Baş direktor daha sonra xarici investorların yaxından iştirakı ilə ölkəmizin müxtəlif regionlarında həyata keçiriləcək layihələrlə bağlı geniş məlumat verib.

      Azərbaycanın hüdudlarından kənardan da respublikamızın təbiətinin bəxş etdiyi və “ROYAL Holding QSC”nin yaratdığı sağlamlıq-sanatoriya kompleksində əsas diqqət insanların yüksək səviyyəli, tibbi və estetik xidmətdən bəhrələnməsidir. Bu layihənin də əsas hədəf xətlərindən biri yerlərdə yeni iş imkanlarının təqdim olunması, bölgələrdə yaşayan əhalinin işsizliyinin aradan qaldırılmasına, bununla da insanların sosial rifahının yüksəldilməsinə nail olmaqdır. 3 hektar ərazidə sağlamlıq-bərpa mərkəzinin tikintisi həyata keçiriləcək.

 

      “ROYAL Holding QSC” tərəfindən baş podratçısı “Başak İnşaat” olan “Azerbaijan Stella Residence”in inşası layihəsi isə, Çinin “KUNMİNG&SWISS” şirkəti tərəfindən həyata keçirilir. Burada həm xarici inverstorların cəlb edilməsi, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı özəl sektorun fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində Ağ Şəhər ərazisində 2 mərtəbəsi hərəkətli olan, ümumilikdə, 54 mərtəbəli möhtəşəm binanın tikintisi reallaşdırılacaq.

      Məlumata görə, Azərbaycanda aqrar sahənin inkişafına dəstək verən şirkət Samux rayonunda 500 hektarlıq ərazidə heyvandarlıq kompleksinin tikintisi layihəsini də həyata keçirəcək. 500 baş xüsusi növ iribuynuzlu heyvan yetişdirilib ət və ət məhsulları ixrac olunacaq. Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin bazarlarına Azərbaycan məhsulu “Made in Azerbaijan” brendi altında satışa çıxarılacaq.

      Ramil Kərimli “ROYAL Holding QSC” şirkətinin həmçinin, layihələr həyata keçirdiyi bölgələrdə investisiya mənfəəti hesabına bir sıra sosial yönümlü proqramların icrasında yaxından iştirak edəcəyini də diqqətə çatdırıb. Bildirib ki, şirkət tərəfindən məktəblərin, bağçaların inşası və digər sosial layihələrin həyata keçirilməsi planlaşdırırlır. Göygöldə 3 məktəb və 2 uşaq bağçası,  Qusarda 3 ədəd məktəb və 100 uşaqlı və 80 nəfərlik bağça-körpələr evi, Samux və Gəncədə 2 uşaq bağçası və 480 və 264 şagirdlik məktəblər, Dəliməmmədli kəndində 1200 şagirdlik məktəb tikilib istifadəyə veriləcək.

      Qeyd edək ki, xarici investorların iştirakı ilə ölkəmizdə həyata keçiriləcək layihələrin təqdimatı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Podratçı şirkətlərin nümayəndələri çıxış edərək bu cür irimiqyaslı layihələrin həyata keçirilməsində iştirakdan məmnunluq ifadə etməklə yanaşı, bunun Azərbaycan iqtisadiyyatına böyük töhfə olduğunu vurğulayıblar.

Read more

Trend – “ROYAL Holding QSC” beynəlxalq investisiyaları Azərbaycana gətirir

      “ROYAL Holding QSC”  ölkə iqtisadiyyatının inkişafı, siyasi sabitlik, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilən yüksək geniş miqyaslı quruculuqda yaxından iştirak etmək, eləcə də ölkə başçısının göstərişi ilə yeni inkişaf strategiyasina uyğun tərtib edilmiş “Strateji yol xəritəsi”ndə nəzərdə tutulmuş planların həyata keçirilməsinə həm birbaşa, həm də dolayısı yolla töhfə vermək məqsədi ilə yaradılıb.

      Şirkətdən Trend-ə verilən məlumata görə, qarşıda duran başlıca məqsədlərdən biri ölkəmizdə turizm, tikinti, kənd təsərrüfatı və bu kimi digər sahələrdə beynəlxalq rəqabətə davamlı istirahət mərkəzlərinin, aqrar komplekslərin və istehsal müəssisələrinin xarici investisiya hesabına yaradılmasıdır.

      Xüsusilə son dövrlərdə ölkədə turizmin surətli inkişafı bu sahəyə xarici investorların cəlb edilməsi və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir. Bu inkişaf şirkətin diqqət mərkəzindədir. Bölgələrdə həm turizm infrastrukturunun təkmilləşdirilməsi, resort otellər, sağlamlıq mərkəzləri və əyləncə mərkəzlərinin inşası istiqamətində işlər artıq icra mərhələsindədir. Bu sahədə Şirkət həm müfaviq nazirliklərlə, (Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi) həm də yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Belə ki, ölkə əhalisinin məşğulluq dərəcəsinin artırılması diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Belə ki, icrası planlaşdırılan hər bir layihənin reallaşması həm bölgənin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından müstəsna rol oynayacaq.

      “ROYAL Holding QSC” tərəfindən Baş Podratçısı Başak İnşaat olan “AZERBAİJAN STELLA RESİDENCE”ın inşası layihəsi isə, Çinin “KUNMİNG&SWISS” şirkəti tərəfindən həyata keçirilir. Burada həm xarici inverstorların cəlb edilməsi, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı özəl sektorun fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində Ağ Şəhər ərazisində 2 mərtəbəsi hərəkətli olan, ümumilikdə, 54 mərtəbəli möhtəşəm binanın tikintisi reallaşdırılacaq.

      Azərbaycanda aqrar sahənin inkişafına dəstək verən şirkət Samux rayonunda 500 hektarlıq ərazidə heyvandarlıq kompleksinin tikintisi layihəsini həyata keçirəcək.500 baş xüsusi növ iribuynuzlu heyvan yetişdirilib ət və ət məhsulları ixrac olunacaq. Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin bazarlarına Azərbaycan məhsulu “Made in Azerbaijan” brendi altında satışa çıxarılacaq.

      Şirkət həmçinin, layihələr həyata keçirdiyi bölgələrdə investisiya mənfəəti hesabına bir sıra sosial yönümlü proqramların icrasında yaxından iştirak edəcək. Məktəblərin, bağçaların inşası və digər sosial layihələrin həyata keçirilməsi planlaşdırırlır. Göygöldə 3 məktəb və 2 uşaq bağçası, Qusarda 3 ədəd məktəb və 100 uşaqlı və 80 nəfərlik bağça-körpələr evi, Samux və Gəncədə 2 uşaq bağçası və 480 və 264 şagirdlik məktəblər, Dəliməmmədli kəndində 1200 şagirdlik məktəb tikilib istifadəyə veriləcək.

Read more

Qafqazinfo – “ROYAL Holding QSC” beynəlxalq investisiyaları Azərbaycana gətirir

      “ROYAL Holding QSC” ölkə iqtisadiyyatının inkişafı, siyasi sabitlik, o cümlədən sosial-iqtisadi  sahədə həyata keçirilən yüksək geniş miqyaslı quruculuqda yaxından iştirak etmək, eləcə də ölkə başçısının göstərişi ilə yeni inkişaf strategiyasina uyğun tərtib edilmiş “Strateji yol xəritəsi”ndə nəzərdə tutulmuş planların həyata keçirilməsinə həm birbaşa, həm də dolayısı yolla töhfə vermək məqsədi ilə yaradılmışdır.

      “Qafqazinfo” xəbər verir ki, şirkətin qarşısında duran başlıca məqsədlərdən biri ölkəmizdə turizm, tikinti, kənd təsərrüfatı və bu kimi digər sahələrdə beynəlxalq rəqabətə davamlı istirahət mərkəzlərinin, aqrar komplekslərin və istehsal müəssisələrinin xarici investisiya hesabına yaradılmasıdır.

      Xüsusilə son dövrlərdə ölkədə turizmin surətli inkişafı bu sahəyə xarici investorların cəlb edilməsi və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir. Bu inkişaf  şirkətin diqqət mərkəzindədir. Bölgələrdə həm turizm infrastrukturunun təkmilləşdirilməsi, resort otellər, sağlamlıq mərkəzləri və əyləncə mərkəzlərinin inşası istiqamətində işlər artıq icra mərhələsindədir. Bu sahədə Şirkət həm müfaviq nazirliklərlə, (Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi) həm də yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Belə ki, ölkə əhalisinin məşğulluq dərəcəsinin artırılması diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Belə ki, icrası planlaşdırılan hər bir layihənin reallaşması həm bölgənin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından müstəsna rol oynayacaqdır.

      “ROYAL Holding QSC” tərəfindən Baş Podratçısı Başak İnşaat olan “AZERBAİJAN STELLA RESİDENCE”ın inşası layihəsi isə, Çinin “KUNMİNG&SWISS” şirkəti tərəfindən həyata keçirilir. Burada həm xarici inverstorların cəlb edilməsi, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı özəl sektorun fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində Ağ Şəhər ərazisində 2 mərtəbəsi hərəkətli olan, ümumilikdə, 54 mərtəbəli möhtəşəm binanın tikintisi reallaşdırılacaq.

      Azərbaycanda aqrar sahənin inkişafına dəstək verən şirkət Samux rayonunda 500 hektarlıq ərazidə heyvandarlıq kompleksinin tikintisi layihəsini həyata keçirəcək.500 baş xüsusi növ iribuynuzlu heyvan yetişdirilib ət və ət məhsulları ixrac olunacaq. Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin bazarlarına Azərbaycan məhsulu “Made in Azerbaijan” brendi altında satışa çıxarılacaq.

      Şirkət həmçinin, layihələr həyata keçirdiyi bölgələrdə investisiya mənfəəti hesabına bir sıra sosial yönümlü proqramların icrasında yaxından iştirak edəcək. Məktəblərin, bağçaların inşası və digər sosial layihələrin həyata keçirilməsi planlaşdırırlır. Göygöldə 3 məktəb və 2 uşaq bağçası,  Qusarda 3 ədəd məktəb və 100 uşaqlı və 80 nəfərlik bağça-körpələr evi, Samux və Gəncədə 2 uşaq bağçası və 480 və 264 şagirdlik məktəblər, Dəliməmmədli kəndində 1200 şagirdlik məktəb tikilib istifadəyə veriləcək.

Read more