“Xilə” yə “Royal Holding” sponsorluq edir.

Hələ ki yalnız U-15 komandası var.

    Ölkədə futbola maraq böyük olduğundan valideynlərin gələcəkdə övladlarını futbolçu kimi görmək istəyinə düşməsi başa düşüləndir. Buna görədə ki, ildə bir neçə futbol məktəbi “dünyaya gəlir”. Təkcə premyer-liqa klublarının aşağı yaş qrupları deyil. Xüsusi adlar altında fəaliyyət göstərən o qədər uşaq futbol məktəbi var ki. “Leon”, “Qalatasaray”, “Fənərbaxça”, “Təkin” və s. Hətta siyahını bir qədər də genişləndirmək mümkündü. Əldə etdiyimiz bilgiyə görə, belə klubların sırasına daha biri qoşulub. Bu Əmircanın keçmiş adını özündə əks etdirən “ Xilə ” di. Hazırda U-15 liqasında bu ad altında komanda çıxış edir. Bakıətrafı kənd və qəsəbələrdə seleksiya işləri davam etdirilir. Sponsorluq öhtəliyini “ Royal Holding ” in rəhbəri Ramil Kərimli üzərinə götürüb. Yəni adı çəkilən şirkət futbolun inkişafı naminə pul xərcləyir. Komandanın inventarlaşması, səfərlərə yollanması, stadionun icarə haqqı ilə bağlı xərcləri də “Royal Holding” qarşılayır. Bu günə olan hədəf potensialı olan uşaqları U-15 –a cəlb edib gələcəkdə onların xidmətindən yararlanmaqdı. Eyni zamanda Xilə adını daha geniş miqyasda tanıtmaq. Yeri gəlmişkən, hələ ki “ Xilə ” adı altinda yalnız U-15 çıxış edir. Yəni başqa yaş qrupu yoxdu. Yaxın gələcəkdə daha bir neçə yaş qrupunun fəaliyyətə başlayacağı gözlənilir. Futbolçular isə Əmircandan, Bakının başqa kənd və qəsəbələrindən olanlardı. Maraq üçün qeyd edək ki, U-15 məşqlərini Şağan Olimpiya Kompleksində keçirir, çempionatdakı rəqiblərinidə məhz burada qəbul edəcək. Komandanın baş məşqçisi vaxtı ilə “ Şəmkir ” də və AZAL-da çalışmış Əli Məmmədovdu.