42 hektarlıq ərazidə
Astara rayonunun Ərçivan kəndində 42 hektarlıq ərazidə Logistika və Biznes Mərkəzinin inşası nəzərdə tutulur. Logistika və biznes sahəsi bütün sektorların inkişafında bünövrə rolunu oynamaqla, əlavə dəyərin və yeni iş yerlərinin yaradılması və gəlirin artırılması üçün çox vacibdir. Azərbaycanda keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəldilməsi perspektivi üzərində qurulacaq logistika və biznes sahəsi ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcəkdir.