Astara Royal Park

Astara Rayonunda “ASTARA ROYAL PARK” adlı Yaşayış Kompleksi

      Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə  Astara şəhəri ərazisində “Astara Royal Park” adlanacaq yaşayış binası tikiləcəkdir.

      Təbiətə yaxınlıq, sükut və təmiz ekologiya – ailə həyatı üçün ideal bir kompleksdir. “Astara Royal Park”-ın tikintisi zamanı əsas aspektlərdən biri ondan ibarətdir ki, kompleksdəki evlər günəş görən geniş otaqlardan,xüsusi zövq və dizaynla təmir edilmiş mənzillər olsun. Kompleksin tikinti ərazisi ekoloji cəhətdən təmiz, meqapolis səs-küyündən uzaq,insanların yaşamaqdan zövq alacağı bir ərazi olacaqdır.Məqsədimiz bütün yaş kateqoriyalarına aid olan vətəndaşlarımıza uyğun şəraitin yaranmasına önəm verməkdir. Vurğulamaq lazımdır ki, bir başqa məsələ isə tikinti zamanı personalımız təhlükəsizlik qaydalarına tam riayət edərək  plana uyğun müddətdə tikintini tamamlayıb vətəndaşlara təhvil versin.