Royal Holding QSC tərəfindən Astara rayonunda inşa ediləcək növbəti böyük layihə 9 ədəd 5 ulduzlu otellər kompleksidir. Bu layihə Royal Companies Corporation MMC-nin öhdəliyinə götürdüyü ən genişmiqyaslı layihələrdən biridir və Cənab Prezident İlham Əliyevin xüsusi göstərişinə əsasən inşa olunacaqdır. Kompleksin Xəzər dənizinin sahilində və 80 hektar ərazidə inşa ediləcəyi nəzərdə tutulub. Otellərin əsas özəllikləri və üstünlükləri isə ərazinin düz dənizin kənarini əhatə etməsi, şəhərin səs küyündən uzaqda yerləşməsi və ekoloji cəhətdən təmiz bir ərazidə inşa edilməsidir.