“Azerbaijan STELLA Residence” layihəsi qeyri-adi dizayn və texnoloji yanaşmasına,tikiləcək üslubuna və ideyasına görə Royal Holdinq QSC-in ən üğurlu işlərindən biri olacaqdır.Tikintisi planlaşdırılan ərazi Ağ şəhərdir.
STELLA Residence 54 mərtəbədən ibarət olaraq, dünyadakı müsəlman dövlətlərinin sayını simvolizə edir.Binanın bir çox üstünlükləri vardır.Məsələn bina özünü təmiz su və elektrik enerjisi ilə təmin edə biləcək. Elektrik enerjisi külək hesabına hasil olunaraq, dəniz suyu isə filtrlərin bütün mərhələlərini keçərək binanı texniki su ehtiyacını ödəyəcəkdir. Hər bir özəlliyi ilə ölkəmizdə bənzəri olmayacaq “Azerbaijan STELLA Residence” hər kəsin zövqünü oxşayacaq.