Nabran Resort Otel Kompleksi

Nabran Resort Otel Kompleksi

      Otel sənayesi cəmiyyətin  otel xidmətlərinə artan tələbatının, yüksək rentabelliyin və orta hesabla ödəniş müddətlərinin olması səbəbindən iqtisadiyyatın ən cəlbedici sektorlarından biridir.

      Azərbaycanda otel işi sürətlə inkişaf edir. Bu bölgələrdə iqtisadi fəaliyyətin daimi artımına, ölkədə turizmin inkişafına, bunun nəticəsində turistlərə, iş adamlarına, mütəxəssislərə tələbatın artması ilə bağlıdır.

      Azərbaycan Respublikasının  Prezidenti Cənab  İlham Əliyevin  qarşımıza qoyduğu tapşırığa  əsasən , Xaçmaz rayonunda yerləşən  Nabran qəsəbəsinin Xəzər dənizinin sahil zolağı ərazisində  6 mərtəbəli  5 ulduzlu otelin  tikintisi planlaşdırılır.Otel tarixi ənənələri qorumaqla yanaşı müasir tələblərə cavab verəcəkdir.

      Klassik memarlıqla modern dizayn elementlərinin vəhdətini özündə təcəssüm etdirməklə yanaşı,komfort və rahatlığın müasir anlayışı proyekti verilən otelə xüsusi təkrarolunmazlıq bəxş edəcək.Otel özündə yüksək texnologiyalı sistemlə bərabər müştərilərimizə xüsusi xidmət göstərəcəkdir.

İnşa ediləcək  yeni Otelin bir çox üstünlükləri var :

  • Otelin əsas magistral yolunun kənarında yerləşməsi
  • Otelin Xəzər dənizinin sahil zolağı ərazisində yerləşməsi
  • Otelin 40.000 m² geniş ərazidə tikilməsi
  • Dənizə açılan füsunkar mənzərə
  • 200 ədəd standart otaq
  • 4 ədəd lyuks A kateqoriyalı otaqlar
  • 16 ədəd lyuks B kateqoriyalı otaqlar
  • Konfrans və Toplanma zalları – 1 500 M²
  • Restoran və yeməkxana – 1500 M²
  • Əyləncə mərkəzi 400 m2
  • Uşaqlar üçün oyun meydançaları – 700 M²
  • Üstü örtülü və qapalı üzgüçülük hovuzu – 1500 M²
  • SPA Fitnes mərkəzi
  • Trenajor zalı
  • 200 nəqliyyat vasitəsi üçün yeraltı qaraj