“ROYAL Holding QSC” ölkə iqtisadiyyatının inkişafı, siyasi sabitlik, o cümlədən sosial-iqtisadi  sahədə həyata keçirilən yüksək geniş miqyaslı quruculuqda yaxından iştirak etmək, eləcə də ölkə başçısının göstərişi ilə yeni inkişaf strategiyasina uyğun tərtib edilmiş “Strateji yol xəritəsi”ndə nəzərdə tutulmuş planların həyata keçirilməsinə həm birbaşa, həm də dolayısı yolla töhfə vermək məqsədi ilə yaradılmışdır.

      “Qafqazinfo” xəbər verir ki, şirkətin qarşısında duran başlıca məqsədlərdən biri ölkəmizdə turizm, tikinti, kənd təsərrüfatı və bu kimi digər sahələrdə beynəlxalq rəqabətə davamlı istirahət mərkəzlərinin, aqrar komplekslərin və istehsal müəssisələrinin xarici investisiya hesabına yaradılmasıdır.

      Xüsusilə son dövrlərdə ölkədə turizmin surətli inkişafı bu sahəyə xarici investorların cəlb edilməsi və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir. Bu inkişaf  şirkətin diqqət mərkəzindədir. Bölgələrdə həm turizm infrastrukturunun təkmilləşdirilməsi, resort otellər, sağlamlıq mərkəzləri və əyləncə mərkəzlərinin inşası istiqamətində işlər artıq icra mərhələsindədir. Bu sahədə Şirkət həm müfaviq nazirliklərlə, (Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi) həm də yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Belə ki, ölkə əhalisinin məşğulluq dərəcəsinin artırılması diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Belə ki, icrası planlaşdırılan hər bir layihənin reallaşması həm bölgənin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından müstəsna rol oynayacaqdır.

      “ROYAL Holding QSC” tərəfindən Baş Podratçısı Başak İnşaat olan “AZERBAİJAN STELLA RESİDENCE”ın inşası layihəsi isə, Çinin “KUNMİNG&SWISS” şirkəti tərəfindən həyata keçirilir. Burada həm xarici inverstorların cəlb edilməsi, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı özəl sektorun fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində Ağ Şəhər ərazisində 2 mərtəbəsi hərəkətli olan, ümumilikdə, 54 mərtəbəli möhtəşəm binanın tikintisi reallaşdırılacaq.

      Azərbaycanda aqrar sahənin inkişafına dəstək verən şirkət Samux rayonunda 500 hektarlıq ərazidə heyvandarlıq kompleksinin tikintisi layihəsini həyata keçirəcək.500 baş xüsusi növ iribuynuzlu heyvan yetişdirilib ət və ət məhsulları ixrac olunacaq. Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin bazarlarına Azərbaycan məhsulu “Made in Azerbaijan” brendi altında satışa çıxarılacaq.

      Şirkət həmçinin, layihələr həyata keçirdiyi bölgələrdə investisiya mənfəəti hesabına bir sıra sosial yönümlü proqramların icrasında yaxından iştirak edəcək. Məktəblərin, bağçaların inşası və digər sosial layihələrin həyata keçirilməsi planlaşdırırlır. Göygöldə 3 məktəb və 2 uşaq bağçası,  Qusarda 3 ədəd məktəb və 100 uşaqlı və 80 nəfərlik bağça-körpələr evi, Samux və Gəncədə 2 uşaq bağçası və 480 və 264 şagirdlik məktəblər, Dəliməmmədli kəndində 1200 şagirdlik məktəb tikilib istifadəyə veriləcək.